Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliyalı gimnast: Milli Gimnastika Arenasındakı ab-hava Venesiyadakı kino festivalını xatırladır

İtaliyalı gimnast: Milli Gimnastika Arenasındakı ab-hava Venesiyadakı kino festivalını xatırladır





Bakı mənim çox xoşuma gəlir. Dəfələrlə Milli Gimnastika Arenasında çıxış etmişəm. Hər dəfə turnirlər yüksək səviyyədə təşkil olunub. Arenanın tərtibatı da çox gözəldir. Qırmızı rəng idmançılara xüsusi enerji ötürür. Buradakı ab-hava Venesiyadakı kino festivalını xatırladır.
BrendSpor.az xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı italiyalı Milena Baldassarri deyib.
Dünya çempionu bildirib ki, sonuncu dünya kuboku yarışlarında kiçik zədə almış və nəticələri ürəkaçan deyildi: “Məşqçimlə müzakirələrdən sonra Avropa çempionatında yalnız bir alət - lentlə çıxış etməyə qərar verdik. Çempionata çox ciddi hazırlaşmışam. Lentlə çıxışım dərin məna kəsb edir və inanıram ki, azarkeşlər tərəfindən xoş qarşılanır. Bu kompozisiyanı mənimlə eyni vaxtda gimnastika ilə məşğul olan bir qıza həsr etmişəm. Təəssüflər olsun ki, o, indi həyatda yoxdur”.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Yarışa mayın 21-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş