Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərəli müdafiəçi 12 ildən sonra "Mançester Yunayted"i tərk edir






İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Fil Consla vidalaşır.

BrendSport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi cari mövsümün sonunda "qırmızı şeytanlar"dan ayrılacaq.

İngiltərəli oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq və o, Mançester təmsilçisini azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Fil Cons "Mançester Yunayted"də 2011-ci ildən çıxış edir. Futbolçu bu müddətdə mankunyanların heyətində 229 oyun keçirib və 9 qol vurub. O, 2011-2018-ci illərdə İngiltərə millisinin də formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş