Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar






UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

BrendSport.az xəbər verir ki, AL-də bu ada İspaniya "Sevilya"sından Erik Lamela layiq görülüb. Argentinalı yarımmüdafiəçi evdə İtaliya "Yuventus"unu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə qələbə topunun müəllifi olub.

KL-də isə həftənin oyunçusu İtaliya "Fiorentina"sından Nikolas Qonsales seçilib. Argentina millisinin hücumçusu İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş