Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar






Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar.

BrendSport.az xəbər verir ki , tədbirdə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini, Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara kuboklarını Adnan Əhmədzadə təqdim edib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.

Ənvər Həzərxanov mötəbər yarışlarda iştirak üçün onlara daim diqqət və qayğı ilə yanaşan gənclər və idman naziri Fərid Qayıbova və

Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 karateçi ilə təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupundakı qızlarda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli mübarizə aparıblar.


Facebook-da paylaş

Xəbəri paylaş