Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyəli futbolçu Çempionlar Liqasında dörd həmyerlisinin nailiyyətini təkrarlayıb





İtaliyanın "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu dörd həmyerlisinin nailiyyətini təkrarlayıb.

BrendSport.az xəbər verir ki , 29 yaşlı yarımmüdafiəçi buna komandası ilə birlikdə UEFA Çempionlar Liqasında finala yüksəlməklə yiyələnib.

Çalhanoğlu daha əvvəl Türkiyə millisinin formasını geyinən və qitənin bir nömrəli klub turnirində finala yüksələn beşinci oyunçudur.

Daha əvvəl 2001/2022 mövsümündə Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə Yıldıray Baştürk, "Bavariya" ilə Hamit Altıntop, Dortmund "Borussiya"sı ilə Nuri Şahin və İspaniyanın "Atletiko" (Madrid) komandası ilə Arda Turan həlledici görüşdə iştirak hüququ əldə ediblər.

Onlar həlledici qarşılaşmada müvafiq olaraq İspaniya "Real Madrid"inə (1:2), İtaliya "İnter"inə (0:2), "Bavariya"ya (1:2) və "Real Madrid"ə (əlavə vaxtda 1:1) yeniliblər.

Qeyd edək ki, "İnter" yarımfinalda ölkənin digər təmsilçisi "Milan"ı məğlub edib - 1:0;2:0. “Neradzurra” iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq finalda "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İngiltərə) (ilk oyun 1:1) cütünün qalibi ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş