Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dadaşovun vurduğu qol qələbə üçün yetərli olmadı




Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Mönhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 5:5.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da 23-cü dəqiqədə penaltidən dəqiq yararlanan Dadaşov vruub.

“Şalke”nin ikinci komandası hazırda 49 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş