Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tanınmış futbolçu Azərbaycan millisinə qarşı oynamayacaq





İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Aksel Vitsel Belçika millisindəki karyerasını başa vurub.
BrendSport.az xəbər verir ki , bu barədə 34 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, yığmadakı çıxışını dayandırmaqla çətin qərar qəbul etdiyini yazıb: "Son 15 ildə ölkəmi təmsil etdiyim üçün qürur duyuram. İndi mənim üçün ailəmə daha çox vaxt ayırmaq və diqqətimi öz klubumda oynamağa yönəltmək vacibdir".

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alıb. Komandalar arasında ilk oyun bu il sentyabrın 9-da Bakıda, ikinci qarşılaşma isə noyabrın 19-da Brüsseldə keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş