Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çinli atlet: Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır

Çinli atlet: Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır




Qızıl medala sahib olduğuma görə sevincliyəm. Azərbaycanı da çox bəyənirəm.
BrendSport.az xəbər verir ki, bu sözləri qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda qızıl medal qazanan Çin atleti Han Jiayun deyib.
O deyib: “Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. İnsanları olduqca mehriban və qonaqpərvərdirlər. Dünya kubokunda çinli atletlərin daha çox medal qazanmasının səbəbinə gəlincə, Bakıya səfər edən hər bir atıcımız təcrübəli və güclüdür. Mən də onlardan biriyəm. Məhz bu səbəbdən medallarımızın sayı çoxdur. Komanda şəklində vətənə aparacağımız medal sayını dəqiq deyə bilmərəm. Dəqiq bildiyim odur ki, qızıl medalların sayı çox olacaq. İstəyim odur ki, digər ölkələrdən olan atletlər də hədəfə çatsın, medal qazansın”.


Facebook-da paylaş

Xəbəri paylaş