Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



2023-cü ildə “böyük beşlik” ölkələrində və Azərbaycanda ən çox qol vuran futbolçular




2023-cü ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

BrendSport.az xəbər verir ki , araşdırma Avropanın “böyük beşlik” ölkələrinin (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) yüksək liqalarında çıxış edən oyunçuları əhatə edib.

Siyahıya İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann başçılıq edir. Norveçli forvard ilin geridə qalan dönəmində meydana çıxdığı 27 oyunda 25 dəfə fərqlənib.

İspaniya təmsilçisi “Real Madrid”in qol “silahı” Kərim Benzema ikinci yerdə qərarlaşıb. Fransalı “kral klubu”nun heyətində keçirdiyi 26 görüşdə 21 qol vurub.

İlk “üçlüy”ü 18 topla Fransa “Lion”unun üzvü Aleksandr Lyakazett qapayıb. “Napoli”nin 33 ildən sonra İtaliya çempionu olmasında böyük rol oynayan Viktor Osimxen də onunla eyni sayda - 18 dəfə fərqlənib. Lakin Osimxen bunu daha çox matç keçirərək reallaşdırıb.

Müqayisə üçün əlavə edək ki, Azərbaycanda bu ilin ən məhsuldar futbolçusu adına 3 nəfər şərikdir. “Qarabağ”ın hücumçusu Musa Qurbanlı, eləcə də, “Sabah”ın ön xətt oyunçuları Coy Lens Mikels və Aleksey Kaşuk mövsümün ikinci yarısında Premyer Liqada hərəyə 8 qola imza atıblar.

2023-cü ildə ən çox qol vuran futbolçular

1. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 27 oyun / 25 qol

2. Kərim Benzema (“Real Madrid”, İspaniya) - 26 / 21

3. Aleksandr Lyakazett (“Lion”, Fransa) – 19 / 18

4. Viktor Osimxen (“Napoli”, İtaliya) – 21 / 18

5. Markus Reşford (“Mançester Yunayted”, İngiltərə) – 31 / 18

6. Kilian Mbappe (PSJ, Fransa) - 18 / 16

7. Conatan David (“Lill”, Fransa) – 22 / 16

8. Lautaro Martines (“İnter”, İtaliya) – 28 / 15

9. Harri Keyn (“Tottenhem”, İngiltərə) – 23 / 14

10. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 24 / 14

Qeyd: Futbolçuların yalnız klublarında keçirdikləri oyunlar və vurduqları qollar nəzərə alınıb.


Facebook-da paylaş

Xəbəri paylaş