Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paralimpiyaçılarımız Dubayda keçiriləcək dünya çempionatına ciddi hazırlaşır

Paralimpiyaçılarımız Dubayda keçiriləcək dünya çempionatına ciddi hazırlaşır


Mayın 10-da Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya kubokunda iştirak etmiş para-pauerliftinq idman növü üzrə milli komandanın üzvləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, görüşdə MPK-nın prezident köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov, milli komandanın baş məşqçisi Elşən Hüseynov və komandanın digər üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Ulu Öndərin əziz xatirəsi anılıb. Komitə prezidenti İlqar Rəhimov qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə paralimpiya hərəkatı inkişaf etməyə başlayıb.
Komitə prezidenti İlqar Rəhimov dünya kubokunun komanda üçün uğurlu olduğunu bildirib. İ.Rəhimov qeyd edib ki, “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq üçün komanda qarşıdan gələn yarışlara ciddi hazırlaşaraq gücünü göstərməlidir. Komitə prezidenti bu ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatına hazırlıqlarla bağlı baş məşqçiyə müvafiq tapşırıqlar verib və komanda üzvlərinə uğurlar arzulayıb. Komitə prezidenti bildirib ki, məqsəd növbəti Yay Paralimpiya Oyunlarına daha böyük heyətlə qatılıb ölkəmizi layiqincə təmsil etməkdir.
Pauerliftinq üzrə milli komandanın baş məşqçisi Elşən Hüseynov dünya kubokunda qazanılmış nəticələrin növbəti yarışlarda da təkrarlanacağına əminliyini qeyd edib. Onun sözlərinə görə, idmançıların fiziki və psixoloji hazırlıqlarının artırılması məqsədilə məşqlər davam etdirilir.
E.Hüseynov bildirib ki, növbəti dünya çempionatında millimiz qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyə çalışacaq.
Qeyd edək ki, millimiz dünya kubokunda 7 qızıl, 4 gümüş və 1 bürünc medal əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş