Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Almaniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib


Almaniyanın Maqdeburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: 100” adlı beynəlxalq boks turniri keçirilib.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) və Diaspor Boks Liqasının (DBL) təşkilatçılığı ilə reallaşan turnir Almaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və yerli icra hakimiyyətinin başçısı Frank Nase turniri açıq elan ediblər.
Sonra rinqə Almaniya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Monteneqro, Finlandiya və Polşanı təmsil edən boksçular çıxıblar.
Komitə sədri gərgin mübarizə şəraitində keçən döyüşdə Nikoloz Berkataşviliyə qalib gələn soydaşımız Rəşad Kərimova kuboku təqdim edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış Diaspor Boks Liqasının və Heydər Əliyev adına Dünya Boks Komitəsinin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının yüksəklərə qaldırılmasına, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.


Facebook-da paylaş

Xəbəri paylaş