Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə gerisayım başlayıb

Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə gerisayım başlayıb


Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına rəsmi gerisayıma mayın 5-də start verilib.
BrendSport.az xəbər verir ki, bununla bağlı Bakıda təşkil olunan tədbirdə dünya çempionatlarında Azərbaycanın qazandığı medallara görə 71 ölkə arasında 39-cu pillədə qərarlaşdığı və yığma komandamızın aktivində 5 medal olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 2000-ci ildə Sidneydə keçirilmiş Yay Olimpiadasının qalibi, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu və dünya çempionatının qalibi olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüş Zemfira Meftahətdinova, Azərbaycanı 4 dəfə Olimpiya Oyunlarında təmsil etmiş İradə Aşumova kimi əfsanələrin ardınca yeni nəsil yetişir.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Z.Meftahətdinova, dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu Ruslan Lunyov, dünya çempionatının bürünc mükafatçısı Nigar Nəsirova, İslam Həmrəyliyi Oyunlarının qalibi Nurlana Cəfərova və digərləri səhnəyə dəvət olunublar.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Z.Meftahətdinova çempionatın açılış mərasiminə 100 gün qalmasının Ulu Öndərin 100 illiyi ərəfəsinə təsadüf etməsini əlamətdar hal kimi qiymətləndirib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov və digərləri iştirak ediblər.
Rəsmi hissə başa çatdıqdan sonra ölkənin tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, uşaq və böyüklərin atıcılıq məharətlərini nümayiş etdirmək üçün stendlər və əyləncə guşələri təşkil olunub.
Qeyd edək ki, çempionat avqustun 14-dən 20-dək Bakıda keçiriləcək. Mötəbər yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.


Facebook-da paylaş

Xəbəri paylaş