Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



F1 Bakı mərhələsində yürüş zamanı ən çevik pit-stopu “Red Bull Racing” mexanikləri yerinə yetirib

F1 Bakı mərhələsində yürüş zamanı ən çevik pit-stopu “Red Bull Racing” mexanikləri yerinə yetirib


Formula 1 Bakı mərhələsində yürüş zamanı ən çevik pit-stopu “Red Bull Racing” mexanikləri yerinə yetiriblər. Onlar 11-ci döngədə Serxio Peresin maşınına 2,30 saniyə ərzində xidmət göstəriblər. Bu, cari mövsümdə beşinci ən sürətli pit-stopdur.
BrendSport.az xəbər verir ki, yürüş zamanı komandalar ümumilikdə 23 pit-stop yerinə yetirib. Ən davamlı pit-stop isə 10-cu döngədə Kevin Maqnussenə aid olub. Bu göstərici üzrə ümumi hesabda “Ferrari” komandası birinci yeri tutub, lakin “Red Bull Racing” ona çox yaxınlaşıb. “Alpine” mexanikləri “Mercedes” üzərində üstünlüyü iki dəfə artırıb, “McLaren” isə sonuncu pillədən altıncı yerə yüksəlib.
Qeyd edək ki, “Red Bull Racing” komandasının pilotu Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü yeri tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş