Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boksçumuz Tayfur Əliyev dünya çempionatına qələbə ilə başlayıb

Boksçumuz Tayfur Əliyev dünya çempionatına qələbə ilə başlayıb


Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, səkkizdəbir finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş