Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024 Oyunlarının Olimpiya məşəlinin Marselə gətirilmə tarixi açıqlanıb

Paris-2024 Oyunlarının Olimpiya məşəlinin Marselə gətirilmə tarixi açıqlanıb


Paris- 2024 Oyunları üçün Olimpiya məşəlinin Fransaya gətirilmə tarixi məlum olub.
BrendSport.az xəbər verir ki, Yunanıstanın Olimpia şəhərində alovlandırılan Paris-2024 Oyunları üçün Olimpiya məşəli 2024-cü il mayın 8-də Marselə gətiriləcək. Bu münasibətlə Marselin meri şəhər sakinlərini dünyanın ən böyük idman yarışını və şəhərlərinin yaradılmasının minillik tarixini birlikdə qeyd etmək üçün Köhnə Limanda (Vieux Port) təşkil ediləcək böyük bayram şənliyinə dəvət edib.
Olimpiya məşəli 3 ay ərzində Fransa ərazilərini keçdikdən sonra Paris-2024 Oyunlarına ev sahibliyi edəcək Parisə gətiriləcək. Paris-2024 Oyunlarının təşkilat Komitəsi məşəlin keçəcəyi tam marşrutu mayın sonunda elan ediləcəyini bildirib.
Xatırladaq ki, Paris-2024 Oyunları zamanı 2024-cü il iyulun 26-dan avqustun 11-dək Marsel yelkənli qayıq idmanı üzrə yarışlara, eləcə də Velodrom stadionunda qadınlar və kişilər arasında futbol turnirlərinin on matçına ev sahibliyi edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş