Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda beynəlxalq minifutbol turniri davam edir

Bakıda beynəlxalq minifutbol turniri davam edir
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri davam edir.
BrendSport.az
xəbər verir ki, B qrupunda yer alan Türkiyə və Ukrayna yığmaları ikinci tur matçında üz-üzə gəliblər.
Görüş Ukrayna millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ukrayna millisinin heyətində Viktor Aronovski, Yuri Adiş və Mikola Kodatski fərqləniblər. Türkiyə millisinin qollarını isə Esat Karadeniz və Erdem Eriş vurublar.
Qrupun digər matçında Qazaxıstan millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə qarşılaşıb. Matçda Qazaxıstan yığması böyük hesablı qələbə qazanıb – 5:1. Qazaxıstan yığmasının heyətində Arman Alıpbek, Rayımbek Muxtar, Ali Sauranbayev, Bagdat Yeşentay və Berik İsmailov rəqibi meydanın mərkəzinə dəvət ediblər. CAR seçməsinin yeganə qolunu Krozet Kigan vurub.
A qrupunun oyunları çərçivəsində İtaliya seçməsi Gürcüstan yığması ilə üz-üzə gəlib. Gürcüstan millisi 4:2 hesabı ilə qalib gəlib. Matçda Gürcüstan millisinin heyətində Nikoloz Koplatadze dubl edib, digər qolları Giorgi Ekseulidze və İrakli Gvetadze vurublar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan və Sabino Sole adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya görüşü keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş