Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nikita Simonov: “Xırda çatışmazlıqlar olsa da, çıxışımı səhvsiz tamamladım”



“Bəzi xırda çatışmazlıqlar olsa da, çıxışımı səhvsiz tamamladım”.

BrendSport.az xəbər verir ki, bunu Misirin paytaxtı Qahirədəki Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın idman gimnastı Nikita Simonov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

27 yaşlı idmançı çıxışını uğurlu adlandırıb: “Yarış yaxşı keçdi. Bu, Dünya Kubokunun cari ildə təşkil olunan dördüncü mərhələsi idi. Nəticə aşağı-yuxarı uğurlu alındı və birinci yeri tutdum. Xallar çox yaxşı, hətta ideal oldu”.

Final mərhələsinə 7-ci sırada başlayan gimnast bu amilin psixoloji təzyiq yaratdığını etiraf edib: “Birinci çıxış edəndə gərginlik olmur. Amma sonlara yaxın istər-istəməz təzyiq altına düşürsən. Digərlərinin çıxışını izlədikdən sonra hətta təşviş də yaranır. Lakin prinsipcə, təcrübənlə hər şeyin öhdəsindən gəlirsən. Məndə də məhz belə oldu”.

Simonov bu il keçiriləcək Avropa və dünya çempionatlarının daha vacib yarışlar olduğunu söyləyib: “Bundan sonra həmin turnirlərə hazırlaşacağam. Xüsusilə dünya çempionatı olduqca önəmlidir, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bütün diqqətimi həmin yarışa yönəldəcəyəm”.

O, məşq prosesində bəzi dəyişikliklərin olacağını da istisna etməyib: “Bu barədə məşqçilər heyəti ilə danışacağıq. Hələlik bir qədər istirahət edəcəyəm”.


Facebook-da paylaş

Xəbəri paylaş