Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Meksika səfiri: Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının təşkili yüksək səviyyədədir

Meksika səfiri: Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının təşkili yüksək səviyyədədir


Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edən ölkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, görüşdən sonra səfir ölkəmizdə keçirilən dünya kuboku yarışları barədə təəssüratlarını bölüşüb.
“Meksikalı idmançılar Milli Gimnastika Arenasında özlərini çox rahat hiss edirlər. Onlarla görüşüb söhbət etmək imkanı əldə etdiyim üçün çox şadam. Gimnastlarımıza dəstək olmaqdan qürur duyuram. Mənimlə söhbətlərində Meksika millisinin nümayəndələri bildirdilər ki, Milli Gimnastika Arenası dünyada ən gözəl gimnastika meydançasıdır. İdmançılar üçün burada hər cür şərait yaradılıb, onlar özlərini evlərindəki kimi hiss edirlər. Bədii gimnastika üzrə dünya kuboku yarışlarının təşkili yüksək səviyyədədir. Azərbaycan komandası yaxşı çıxış edir, gimnastlara medallar qazanmağı arzulayıram. Bu, arenaya ikinci dəfədir gəlirəm. Ötən həftə bədii gimnastika üzrə izlədiyim beynəlxalq turnir məndə xoş təəssüratlar yaratdı”,- deyə diplomat bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş