Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gimnastımız Zöhrə Ağamirova dünya kuboku yarışlarının finalına yüksəlib

Gimnastımız Zöhrə Ağamirova dünya kuboku yarışlarının finalına yüksəlib


Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gürzlərlə yarışın finalçıları müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 30,900 xalla təsnifat mərhələsində altıncı olan Z.Ağamirova finala vəsiqə qazanıb. Həlledici mərhələdə Z.Ağamirova ilə yanaşı, bolqarıstanlı Stiliana Nikolova, Eva Brezalieva, İtaliya idmançısı Sofia Raffaeli, Almaniya təmsilçisi Darya Varfolomeev, ukraynalı Viktoriya Onopriienko, özbəkistanlı Tahmina İkromova və Sloveniya gimnastı Yekaterina Vedeneeva mübarizə aparacaqlar.
Digər gimnastımız Alina Gözəlova isə təsnifat mərhələsində 33-cü olub və mərhələ adlaya bilməyib.
Gürzlər ilə yarışın final mərhələsi aprelin 23-də keçiriləcək.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş