Əsas Səhifə > Maqazin > Şahmatçımız Vüqar Rəsulov Aqzamov memorialında ikinci olub

Şahmatçımız Vüqar Rəsulov Aqzamov memorialında ikinci olub


14-04-2023, 06:30
Şahmatçımız Vüqar Rəsulov Aqzamov memorialında ikinci olub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən şahmat üzrə Aqzamov memorialına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Vüqar Rəsulov 7,5 xalla turniri ikinci pillədə başa vurub. Digər şahmatçımız Misrətdin İsgəndərov isə 6,5 xalla səkkizinci yerdə qərarlaşıb.

On bir ölkədən 63 şahmatçının mübarizə apardığı turnirin qalibi 8 xalla Beynəlxalq Şahmat Federasiyasını (FIDE) təmsil edən Volodar Murzin olub.
Geri qayıt