Əsas Səhifə > Maqazin > Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub

Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub


13-03-2023, 15:25
Renat Dadaşov “Qrasshopper”də növbəti qolunu vurub

Futbol üzrə İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Vintertur”la qarşılaşıb.
Futbolçumuzun komandası oyundan qələbə ilə ayrılıb - 2:1. R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, əsas heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Qrashopper”in ilk qolunu da elə məhz 41-ci dəqiqədə R.Dadaşov vurub.

Qeyd edək ki, “Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında yeddinci pillədə qərarlaşıb.
Geri qayıt