Əsas Səhifə > Maqazin > Fərhad Acalovun həyat və idman karyerasına həsr edilmiş filmin təqdimatı olub

Fərhad Acalovun həyat və idman karyerasına həsr edilmiş filmin təqdimatı olub


29-12-2021, 19:19


Dekabrın 29-da gənclər arasında boks üzrə ilk dünya çempionu Fərhad Acalovun həyat və idman karyerasına həsr edilmiş filmin təqdimatı olub. Təqdimatda Azərbaycanın boks və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
BrendSport.az saytı xəbər verir ki, filmin ana xəttini F.Acalovun idmana gəlişi, qazandığı nailiyyətlər, bu yolda qarşısına çıxan çətinliklərə sinə gərib əldə etdiyi uğurlar təşkil edir. Filmdə boksçunun Azərbaycan idmanının inkişafına verdiyi töhfələr və bu günə qədər hər bir gəncə və idmançılara necə dəstək olmasından bəhs edilir.
Təqdimatda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Peşəkar Boks Federasiyasının baş katibi Orxan Muxtarov, Əməkdar məşqçi Rəhim Allahverdiyev və başqaları çıxış edərək ölkəmizdə populyar idman növlərindən biri olan boksun inkişafından, F.Acalovun bu idman növünün tərəqqisinə verdiyi töhfələrdən danışıblar.
Film çox böyük maraqla izlənib. Təqdimatdan sonra xatirə şəkilləri çəkdirilib.

AzərTAc
Geri qayıt