Əsas Səhifə > Maqazin > Əlcəzairdə Azərbaycan milli geyimi və rəqsi təqdim olunub

Əlcəzairdə Azərbaycan milli geyimi və rəqsi təqdim olunub


23-05-2021, 15:08
Əlcəzairdə Azərbaycan milli geyimi və rəqsi təqdim olunub

Əlcəzairdəki “Karitas” Beynəlxalq Xeyriyyə Cəmiyyətində Əlcəzair və Afrikanın digər ölkələrinin milli qadın geyimlərinin nümayiş etdirildiyi moda festivalı keçirilib.
Azərbaycanın Əlcəzairdəki səfirliyindən BrendSport.az -a bildiriblər ki, tədbirdə fəxri qonaq qismində Azərbaycan, Ukrayna və Pakistan təmsilçiləri də iştirak ediblər. Əlcəzairdə yaşayan gənc soydaşımız Xumar Nəbiyeva milli geyimdə, dövlət bayrağımızın fonunda “Qaval” rəqsini ifa edib.
Azərbaycanlı gənc qızın təqdimatı əlcəzairli tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.





AZƏRTAC
Geri qayıt