Əsas Səhifə > Maqazin > Beynəlxalq Muğam Mərkəzi Nizami və Yunus Əmrəyə həsr edilən layihəyə dəstək olacaq

Beynəlxalq Muğam Mərkəzi Nizami və Yunus Əmrəyə həsr edilən layihəyə dəstək olacaq


5-05-2021, 15:37
Beynəlxalq Muğam Mərkəzi Nizami və Yunus Əmrəyə həsr edilən layihəyə dəstək olacaq


Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilən 2021-ci il qardaş Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus ili” elan olunub. Bakıdakı Yunus Əmrə İnstitutu bu əlamətdar ildönümləri ilə bağlı Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan televiziya layihələri təqdim etməyi planlaşdırır.
Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşaya Beynəlxalq Muğam Mərkəzi dəstək olacaq.
Beynəlxalq Muğam Mərkəzindən BrendSport.az-a bildirilib ki, iki hissədən ibarət tamaşanın birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə həsr olunub.
Layihənin rəhbəri, tamaşanın ssenari müəllifi, Azərbaycanda və Türkiyədə tanınan rəssam Günay Zebicdir (Mehdizadə).
Yaxın vaxtlarda təqdimatı planlaşdırılan tamaşanın informasiya dəstəkçisi İctimai Televiziyadır.



Geri qayıt