Əsas Səhifə > Maqazin > Əsmər və Sofiya Seyidova bacılarının növbəti medalları

Əsmər və Sofiya Seyidova bacılarının növbəti medalları


20-09-2020, 20:04


Bazar günü səhər Macarıstanın Yasberen macar şəhərində keçirilmiş bədii gimnastika üzrə yarışda qaliblər kürsüsünün birinci və üçüncü pilləsində əkiz bacılar - Əsmər və Sofiya Seyidova yer alıblar.
BrendSport.az xəbər verir ki, hər iki iştirakçı orijinal nömrələrlə çıxış edib. Bacılar mürəkkəb bədii gimnastika elementlərin dəqiq icrası və artistizmlə hakimləri valeh ediblər.
Bu, cari ilin yazında Macarıstanın paytaxtında keçirilmiş “Tavasi kupa” (Yaz kuboku) beynəlxalq gimnastika turnirini bürünc medulla başa vurmuş Sofiyanın birinci qızıl medalıdır.
Xatırladaq ki, həmin turnirdə qızıl medala layiq görülmüşdü. Bu dəfə isə onun mükafatları siyahısına bir bürünc medal əlavə olunub.
Gimnast bacıları yarışlara məşhur məşqçi İrina Berek hazırlayır.







AZƏRTAC
Geri qayıt