Əsas Səhifə > Maqazin > Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər

Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər


15-09-2020, 00:31
Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər


Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüşün bu ilin sonunda baş tutacağı planlaşdırılır.
BrendSport.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, britaniyalı ilə amerikalı dəri əlcək ustaları arasında 3-cü döyüş dekabrın 19-da keçirilə bilər. WBC versiyası üzrə super ağır çəkidə döyüşün ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində təşkili nəzərdə tutulub. Məlumatda o da vurğulanıb ki, qarşılaşmanı 15 min boks həvəskarı izləyə biləcək.
Qeyd edək ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.
Geri qayıt