Əsas Səhifə > Maqazin > Şamaxı Rayon Gənclər və İdman İdarəsinin məlumatı

Şamaxı Rayon Gənclər və İdman İdarəsinin məlumatı


27-09-2017, 16:51
 Şamaxı Rayon Gənclər və İdman İdarəsinin məlumatı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28-30 sentyabr 2017-cı il tarixlərində Şamaxı Olimpiya Mərkəzində “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, veteranlar arasında Dünya çempionu Oleq Krapivinin şərəfinə həsr olunmuş 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə V-açıq Respublika turniri keçiriləcəkdir.

BrendSport.az saytı xəbər verir ki, turnirdə respublikanın şəhər və rayonlarından, o çümlədən Rusiya, Ukrayna, Gürcüstan və İran Dövlətlərindən dəvət olunmuş 300 nəfərə yaxın yeniyetmə idmançının iştirakı nəzərdə tutulmuşdur. Həmçinin turnirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmilərinin də iştirakı gözlənilir.

Yarışın təntənəli açılış mərasimi 29 sentyabr 2017-ci il tarixində saat 16:00-da keçiriləcəkdir.
I, II və III - yerləri tutmuş idmançılar hər çəki dərəcəsi üzrə Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla, “Şirvan” Güləş klubu tərəfindən isə qiymətli hədiyyələrlə və pul mükafatı ilə mükafatlandırılacaqlar.


Geri qayıt