Əsas Səhifə > Maqazin > "Sevilya" çinlilərə satılır

"Sevilya" çinlilərə satılır


7-12-2018, 12:13


İspaniyanın "Sevilya" klubu çinli investorlara satılır. Bu barədə "Cadena COPE” radiosu məlumat yayıb. İddiaya görə, anlaşmanın dəyəri 300 milyon avro olacaq. Rəsmi müqavilə yaxın günlərdə bağlanacaq.

Qeyd edək ki, 1890-cı ildə təsis olunmuş "Sevilya” Avropa Liqasının rekord sayda - beşqat qalibidi. Komanda indiyədək 1 dəfə La Liqanın, 5 dəfə "Kral Kuboku"nun və 1 dəfə İspaniya Super Kubokunun qalibi olub. "Sevilya" həmçinin 2006-cı ildə Avropa Super Kubokuna sahib çıxıb.
Geri qayıt