Əsas Səhifə > Maqazin > Banan qabığına görə ömürlük cəza

Banan qabığına görə ömürlük cəza


4-12-2018, 22:22
Banan qabığına görə ömürlük cəza

İngiltərə Premyer Liqasının son turunda “Arsenal”ın “Tottenhem”i 4:2 hesabıyla məğlub etdiyi London derbisində “topçular”ın futbolçusu Pyer-Emerik Obameyanqa qarşı rəqib azarkeşlərdən birinin irqçi davranışa yol verdiyini xəbər vermişdik.

İngiltərə mətbuatı xəbər verir ki, penalti zərbəsi zamanı 29 yaşlı futbolçuya banan qabığı atan azarkeş polis tərəfindən həbs edilmişdi. Adı açıqlanmayan və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq tərəfdara stadionlara girişin ömürlük qadağan edildiyi bildirilir. Onun həbs cəzası alacağı da gözlənilir.

10 qolla Premyer Liqada lider olan Obameyanq isə sosial şəbəkə hesabında banan qabığının atıldığı şəkli paylaşaraq, “Bu adam bunu niyə edir?” yazıb.
Geri qayıt