Əsas Səhifə > Maqazin > "Hakim Türkiyənin qapısına iki penalti təyin edəcəyini dedi" -

"Hakim Türkiyənin qapısına iki penalti təyin edəcəyini dedi" -


19-11-2018, 09:29


İsveç millisinin üzvü Markus Berq UEFA Millətlər Liqasının Türkiyə - İsveç matçı ilə bağlı qalmaqallı açıqlama verilib. Futbolçu bildirib ki, qarşılaşmanın rumın baş hakimi İstvan Kovaç ona ikinci yarıda Türkiyənin əleyhinə iki penalti təyin edəcəyinə söz verib.

İsveçin "Aftonbladet" qəzetinə danışan Markus Berq ilk yarıda bir epizodda cərimə meydançası daxilində ayağından zərbə aldığını və bu epizodla bağlı fasilədə hakimlə danışdığını bildirib: "Fasilədə hakimlə söhbətimiz oldu. Mənə "əgər etiraz etdiyin epizod penalti idisə, sənə ikinci hissədə iki penalti verəcəm" dedi".

Berq jurnalistin "Hakimlə danışdıqdan sonra sizə kömək etdi" sualına "Bilmirəm. Mənim bildiyim odur ki, oyunda iki penaltmiz var idi. Amma hakim birini verdi" deyib.

Qeyd edək ki, İsveç Türkiyəni 1:0 hesabı ilə yenib. Yeganə qola 71-ci dəqiqədə penaltidən Andreas Qranqvist imza atıb. Nəticədə Türkiyə C Liqasına düşüb, İsveç isə ikinci pilləni tutub.
Geri qayıt