Əsas Səhifə > Maqazin > Oyundan sonra faciə - klub prezidenti öldü

Oyundan sonra faciə - klub prezidenti öldü


28-10-2018, 12:05


“Lester”lə “Vest Hem” arasında keçirilən oyundan (1:1) sonra faciə baş verib.

Qarşılaşmadan sonra “Lester”in prezidenti Vişay Şrivaddanaprahbanın şəxsi helikopteri qəzaya uğrayıb. Havaya qalxan helikopter idarəetməni itirərək stadionun avrtomobil dayanacağına çırpılıb.

Yerə çırpılan helikopter dərhal alışıb. Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

Helikoterdə prezidentin və “Lester”in idman direktorunun olduğu bildirilir. Britaniya mətbuatı məlumat yayıb ki, “Lester”in prezidenti, idman dirketoru və pilot həlak olublar.

“Lester” klubu bu gün hadisə ilə bağlı rəsmi açıqlama verəcək.

Oyundan sonra faciə - klub prezidenti öldü

Geri qayıt