Əsas Səhifə > Maqazin > Millinin keçmiş üzvü intihar etdi

Millinin keçmiş üzvü intihar etdi


2-07-2018, 11:24


Slovakiya millisinin sabiq futbolçusu Yuray Halenar intihar edib.

Ötən mövsüm Avstriyanın "Qaflenz" klubunda çıxış edən 35 yaşlı forvardın meyiti Vrakun meşə parkından tapılıb.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qeyd edək ki, Yuray Halenar karyerası ərzində Slovakiyanın "İnter" (Bratislava), "Petrjalka", "Slovan" (Bratislava), "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) klublarında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.
Geri qayıt