Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib

Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib

Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.

BrendSport.az
xəbər verir ki, E.Əliyev istefası ilə bağlı deyib: “Son bir il ərzində idmanın triatlon növünün inkişafı üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görülüb. Bu müddət ərzində davamlı olaraq müxtəlif formatlı idman yarışları keçirilib, triatlonla məşğul olanların sayı dəfələrlə artıb, ölkədə triatlon klubları yaradılıb. Uşaqların bu idmana cəlb olunması istiqamətində davamlı iş aparılıb, ölkədə onlar üçün müxtəlif yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalar ilə bağlıdır. Hazırda mənim rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı, il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb. Vaxt azlığı ilə əlaqədar olaraq mənim federasiyanın işində əvvəlki həcmdə fəal iştirak imkanım olmayacaq. Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm”.
Qeyd edək ki, E.Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş