Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Səudiyyə Ərəbistanında Formula 1 Qran-Prisi çərçivəsində ildə iki yürüş keçirilə bilər

Səudiyyə Ərəbistanında Formula 1 Qran-Prisi çərçivəsində ildə iki yürüş keçirilə bilər

BrendSport.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Avtomobil və Motosiklet Federasiyasının (SAMF) prezidenti şahzadə Xalid Bin Sultan Əl-Abdullah Əl-Feysəl Krallığın Formula 1 Qran-Prisi çərçivəsində ildə 2 yürüşə ev sahibliyi etməyə tam açıq olduğunu təsdiqləyərək, bunun yaxın gələcəkdə baş verə biləcəyini deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın yaxınlığındakı əyləncəli Qiddiyah şəhərində salınan yeni tras 2027-ci ildə tamamlanacaq və Ciddə yürüşü ilə yanaşı, bu, Formula 1-ə ev sahibliyi edəcək ikinci şəhər halqası ola bilər.

SAMF prezidenti bildirib ki, ABŞ-da yarışlara böyük tələb olduğuna görə 3 yürüş var. O qeyd edib ki, Səudiyyə Ərəbistanında da tələb var, lakin hələlik heç bir qərar verilməyib, çünki nəzərə alınması lazım olan çox məsələ mövcuddur. “İdman böyüyür və tələbat artır, Səudiyyə Ərəbistanı yaxın gələcəkdə daha bir yarışa ev sahibliyi etsə, bu, təəccüblü olmasın. Beləliklə, Krallığın iki heyrətamiz yarışı ola bilər”, -deyə şahzadə Xalid vurğulayıb.
Şahzadə Xalid qeyd edib ki, Formula 1 Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi ən böyük idman tədbiridir, çünki Ciddə şəhər halqasına böyük sərmayə qoyulur. Hələ ki, onun sahibi “Liberty Media” korporasiyası ilə Qran-Pri çərçivəsində iki yarışın keçirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş