Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionu Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında olub

[img]http://brendsport.az/uploads/posts/2023-03/1678275570_1678271677814632689_367x266.jpg[/img

Beynəlxalq qrossmeyster, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında olub.

BrendSport.az
xəbər verir ki, şahmatçı ilə görüşən Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov ona arena və ölkədə elektron idmanın inkişafı barədə məlumat verib. Şahmatçıların hazırlıq zamanı kompüterdən istifadə etdiyini xatırladan A.Mahmudov elektron idman növlərinin birbaşa olaraq bilgisayarda oynanıldığını qeyd edib. Azərbaycanda populyar kompüter oyunları arasında şahmatın da olması xüsusi vurğulanıb.

Federasiya rəhbəri görüşün məhz 8 Mart – Beynəlxalq Qadınlar Günündə baş tutmasının böyük məna daşıdığını bildirib: "Azərbaycan xanımları müxtəlif sahələrdə uğur qazanmaqla daim ölkəmizin adını uca tutub. Şahmat kimi çətin idman növündə 20 yaşlılar arasında ilk azərbaycanlı dünya çempionu olan Gövhər Beydullayeva gənclərə böyük nümunədir".

Sonra G.Beydullayeva kompüterdə şahmat oynamaqla dostluq görüşündə iştirak edib.

Görüşün sonunda A.Mahmudov dünya çempionunu bayram münasibəti ilə təbrik edib, ona Avropa çempionatında uğurlar arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş