Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa idman təşkilatı komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərib.

BrendSport.az
xəbər verir ki, M.Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb. O, İstanbulda "Vakıfbank" və Polşanın "LKS Lodz" komandaları arasında keçiriləcək play-off matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benone olacaqlar.

Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Facebook-da paylaş