Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qurban Qurbanovdan çox şey öyrənmişəm" - Ruben Selles



"Sauthempton"un müvəqqəti baş məşqçisi Ruben Selles İngiltərə Premyer Liqasında "Çelsi" ilə bugünkü oyun öncəsi mətbuat konfransı keçirib.

BrendSport.az
xəbər verir ki, o, konfrans zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan çox şey öyrəndiyini deyib:

"Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə qazandırıb. "Qarabağ"da Qurban Qurbanov çox şey öyrəndim. Və bu öyrənmə nəticəsində düşünürəm ki, komandam vasitəsilə öz şəxsiyyətimi göstərə bilərəm. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu, Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də 4-3-3 taktiki sxemi ilə oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi".

O, Rafael Bentiesin də həmişə onun üçün nümunə olduğunu vurğulayıb.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib.


Facebook-da paylaş

Xəbəri paylaş