Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər


Sumqayıt Bulvarında Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həftəsonu təşkil olunan ağacəkmə kampaniyası çərçivəsində növbəti tədbir keçirilib. Bu nəcib işdə şəhərin ayrı-ayrı idarə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
BrendSport.az xəbər verir ki, bu dəfə kampaniyaya Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qoşulublar.
Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, yaşıllığın daha da artırılması işınə töhfə verən Sumqayıtın mədəniyyət işçiləri şəhərimizdə fəaliyyət göstərən digər qurumların əməkdaşları ilə birgə 500-ə yaxın müxtəlif növdə həmişə yaşıl ağaclar əkiblər.
Ağacəkmə zamanı Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Vətən müharibəsində şəhid olan hər bir igidimizin adına bir ağacın əkilməsi təşəbbüsü ilə çıxış edib. “Bununla biz Sumqayıtın yaşıl libasını zənginləşdirərək həm də qəhrəman şəhidlərimizin xatirəsini bir daha əbədiləşdirmiş oluruq”, - deyə Rəşad Əliyev vurğulayıb.

AZERTAC


Facebook-da paylaş

Xəbəri paylaş