Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı



Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.

BrendSport.az "Pulse.com.gh" nəşrinə istinadən xəbər verir ki, 2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.

32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.

İlk 2 pillədə isə Samuel EtoO və Didye Droqba qərarlaşıb.

Qeyd edək ki, 2019-cu ilin martından cari mövsümün sonunadək "Səbail"in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin "Çelsi" komandasında çıxış edərkən toplayıb.


Facebook-da paylaş