Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Məşhur tennisçinin iki yaşlı qızı klub sahibi oldu



Tennis üzrə "Böyük Dəbilqə" seriyalı 23 turnirin qalibi Serena Uilyams ailəsi ilə birgə Milli Qadın Futbol Liqasında yeni klubun sahiblərindən birinə çevrilib.

BrendSport.az "Sports Illustrated"ə istinadla xəbər verir ki, kluba ABŞ idmançısının əri və 2 yaşlı qızı Olimpiya da yiyələnib. Uilyams ailəsindən əlavə, aktrisalar Yeva Lonqoriya, Natali Portman, Cennifer Qarner və Cessika Çesteyn, qadın futbolçular Mia Hamm və Ebbi Vambax da komandaya sahib çıxıb. Ümumilikdə isə klubun sahibləri siyahısında 30 nəfər yer alıb.

Liqadan bildirilib ki, Los Ancelesi təmsil edəcək klubun 2022-ci ildə iştirakçılar siyahısına əlavə olunması planlaşdırılır. Hazırda liqada 11 komanda var.


Facebook-da paylaş