Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin toplanışı olub

Bakı Olimpiya Stadionunda cüdo hakimlərinin toplanışı olub
Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının hakimlərinin toplanışı keçirilib.

BrendSport.az xəbər verir ki, referilər əvvəlcə fiziki hazırlıq üzrə normativləri yerinə yetiriblər. Sonra cüdo üzrə milli komandaların təlim-məşq bazasında baş tutan seminarda respublika yarışları zamanı yaşanan problemlər təhlil olunub və onların aradan qaldırılması üçün fikir mübadiləsi aparılıb. Ölkə çempionatlarından hazırlanan, eləcə də Beynəlxalq Cüdo Federasiyasının təqdim etdiyi videomateriallar izlənilib, hakim səhvlərinin analizi aparılıb.
Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Mətin Rəhimli toplanışda hakimlərin məhsuldarlığını qeyd edib, nəticələrin səmərəli olduğunu bildirib: “Hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçiblər. Onlar normativləri də yerinə yetiriblər. Bizi razı salan məqamlardan biri də hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdır. Artıq onlar Beynəlxalq Cüdo Federasiyasının müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçib və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Toplanışda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu”.


Facebook-da paylaş