Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”dan tarixi uğurla bağlı təsirli paylaşım – VİDEO



Bu gün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.

Ötən ilin bu günü - 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Bakıdakı qolsuz bərabərlikdən sonra səfərdə Miçelin başla vurduğu qol təmsilçimizə qrup mərhələsində 2-ci xalı qazandırmışdı. Məhz "Qarabağ"la oyunlardakı xal itkilərinə görə "Atletiko" qitənin ən nüfuzlu turnirində pley-offa adlaya bilməmişdi.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk klubdur.

Əlavə edək ki, bu uğurla bağlı “Qarabağ” bu gün rəsmi Feysbuk səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad “Atletiko” ilə görüşdə uğur qazanaraq Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.



Facebook-da paylaş

Xəbəri paylaş