Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"ALPMAN" taekvondo klubu 1 yaşını təntənə ilə qeyd etdi



"ALPMAN" taekvondo klubunun yaranmasının bir illiyinə həsr edilmiş klubun daxili birinciliyi keçirilib. Yarışda "ALPMAN" komandasının ümumilikdə 40 idmançısı dayanq üzərində öz güclərini sınayıb.

Yarış Maştağa qəsəbəsi H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində baş tutub. Turnirdə Azərbaycan Taekvondo Federasiyasının məşqçi-müəllimləri - "ASİMAN" taekvondo klubunun rəhbəri Elnur Əhmədov, Nardaran taekvondo komandasının rəhbəri Rüstəm Muradov, "LOKOMOTİV" taekvondo komandasının rəhbəri Babək Verdiyev, "Günəşli" taekvondo komandasının rəhbəri Seymur Bəndəliyev və "Təhsil" RİM Xırdalan komandasının rəhbəri, eyni zamanda milli hakim Rauf Rəhimov iştirak ediblər.

Yarış Maştağa sakinlərinin böyük marağına səbəb olub. Belə ki, dövlət himninin səsləndirilməsi ilə başlamış turnirdə döyüşlər keçirilib və sonda qalibləri mükafatlandırma mərasimi baş tutub.

İdmançılar diplom və medallarla təltif olunduqdan sonra 10 nəfər idmançı məşqçi-müəllim heyəti tərəfindən fərqlənmə diplomları ilə təltif olunub.

İdmançılardan əlavə komandaya dəstəyinə görə məşqçi-müəllim heyəti - Elnur Əhmədov, Rüstəm Muradov, Rauf Rəhimov, Babək Verdiyev "ALPMAN" taekvondo klubunun rəhbəri Zahid Nadirov tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

Əlavə olaraq, 5 valideyn komandaya dəstəklərinə görə "ALPMAN" taekvondo klubunun rəhbəri Zahid Nadirov tərəfindən "TƏŞƏKKÜRNAMƏ" ilə təltif ediliblər.

Eyni zamanda yarışda göstərdikləri media dəstəyinə görə BrendSport.az saytının rəhbəri Dönməz Abbasov, "Şəffaflıq" ictimai-siyasi qəzetinin baş redaktoru Vahid İsmayılov, onun müavini Alxas Məmmədov və qəzetin xüsusi müxbiri İmran Əsədov Fəxri fərmanla mükafatlandırılıblar.

Tədbirin sonunda məşqçi-müəllimlər, eyni zamanda hakim çıxış edərək idmançılara və valideynlərə ürək sözlərini çatdırmışlar.

Komandanın rəhbəri Zahid Nadirov çıxış edərək keçən 1 il ərzində "ALPMAN" taekvondo komandasının yarışlarda əldə etdiyi nailiyyətlərdən söz açmış, idmançılara uğurlar arzulamışdı.

Eyni zamanda 255 saylı tam orta məktəbin direktoru Mətanət Məmmədovaya və Maştağa qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşova idmançılar üçün yaratdıqları şəraitə görə dərin minnətdarlığını bildirmişdir.

Yarışın sonunda isə komandanın loqosu əks olunmuş tort kəsilmiş və xatirə şəkilləri çəkilmişdir.

Alxas Məmmədov















Facebook-da paylaş

Xəbəri paylaş