Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbolçu son anda polisə təslim oldu



"Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev federal axtarışa veriləcəyini eşidəndən sonra ifadə vermək üçün müstəntiqin hüzuruna yollanıb.

Bunu Daxili İşlər Nazirliyinin Moskva şöbəsinin mətbuat katibi Yuri Titov deyib. Titovu dinləyək: " Olay iştirakçılarından biri - Mamayev artıq şöbədədi. Onunla müstəntiqlər işləyir”.

Mamayevlə yanaşı, "Zenit”in hücumçusu Aleksandr Kokorin də axtarışdadı. Ancaq Moskvadakı insidentdə - kafedə və 2-ci Bretskaya küçəsindəki avtodayanacaqda qeydə alınan dava-dalaşda iştirak edən forvard hələ də polislərdən gizlənməyi uyğun sayır.

Qeyd edək ki, sərxoş futbolçularla qədəh dostları avtomobil və dəmir yolu sənayesi departamentinin rəisi Denis Paka və Dövlət Federal Unitar Müəssisəsi "NAMİ”nin baş direktoru Sergey Qasinə fiziki xəsarət yetirməkdə ittiham olunur. Sözügedən şəxslər beyni dumanlanmış futbolçulara kafedə irad bildirdikləri üçün hücuma məruz qalıb.

Bunadək isə "qəhrəmanlar” "Pekin”mehmanxanasının avtodayanacağında Birinci kanalın (ORT) aparıcısı Olqa Uşakovanın sürücüsünə xəsarət yetirmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş