Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”



Şamaxı rayonunda gənclər arasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı təbliğat kompaniyası çərçivəsində tədbir keçirilib.

Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücayət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin, ümumtəhsil tam orta məktəblərinin 180 nəfərə yaxın gənci cəlb edilmişdir.

Tədbirdə həmçinin Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Vahid Quliyev və Zabit Quliyev, Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ döyüşçüsü İslam Əzimov, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, aprel döyüşlərinin iştirakçıları mayor Asif Rəsulov, Orxan Nemətov və Tural Babayev də iştirak etmişlər.

Şamaxı RİH-ti başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov giriş sözü ilə gələn qonaqları və tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səslənildikdən sonra Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra isə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov həyata keçirilən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsinin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Qəhrəmanları Vahid Quliyev və Zabit Quliyev, Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ döyüşçüsü İslam Əzimov, aprel döyüşlərinin iştirakçısı mayor Asif Rəsulov mövzu ətrafında çıxış edərək Qarababağ döyüşlərindən və Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan danışdılar. Tədbir ərəfəsində iştirakçı gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı kitabçalar təqdim olundu. Çıxışlar bitdikdən sonra natiqlər tərəfindən gəncləri maraqlandıran bütün suallar cavablandırıldı.

Alxas Məmmədov






Facebook-da paylaş

Xəbəri paylaş