Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müəllimlər üçün ünikal dərs vəsaiti



"Məktəbdənkənar tərbiyə müəssələrində şagirdlərin fiziki hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi" və "Fiziki tərbiyə və onun tədrisi metodikası".
Bu iki kitabı müəllimlər üçün ünikal dərs vəsaiti hesab etmək olar.

Əli Mehtiyevin zəhməti nəticəsində ərsəyə gələn kitabda onun elmi araşdırmaları, pedaqoji təcrübəsi və fəaliyyəti əks olunur.
Kitabların elmi redaktoru F.A.Rüstəmov, rəyçiləri H.Ə.Əlizada, R.Z.Əliyev, F.A.Rüstəmov, B.S.Quluiyev, H.A.Cəfərov kimi pedaqoqlardır.

Hər iki kitab pedaqoji ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulub. Bədən tərbiyəsi dərslərinin planlaşdırılması, təşkili və atletika oyunları nəzəri və pedaqoji istiqamətləri işıqlandırır.

Əli müəllim məşğələləri, metodik məsələləri sadə üsulla şərh edir. O, bu kitablarda həm bir pedaqoq, həm də bir yazıçı kimi özünün nəyə qadir olduğun səlis şəkildə göstərə bilmişdir.

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş