Əsas Səhifə > Manşet > Sabah “Qarabağ” - “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq

Sabah “Qarabağ” - “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq


15-03-2023, 12:54
Sabah “Qarabağ” - “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq

Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.
BrendSport.az
Ağdam təmsilçisinə istinadla xəbər verir ki, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edəcək.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, “iticket.az”ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ”ın fan-şopu və “iticket.az”dan əldə etmək mümkündür.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
Geri qayıt