Əsas Səhifə > Manşet > Ülvi Quliyev Azərbaycan Karate Federasiyaları Assosiasiyasına prezident seçilib

Ülvi Quliyev Azərbaycan Karate Federasiyaları Assosiasiyasına prezident seçilib


8-02-2023, 17:27
Ülvi Quliyev Azərbaycan Karate Federasiyaları Assosiasiyasına prezident seçilib

Fevralın 8-də Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

BrendSport.az
xəbər verir ki, yığıncaq iştirakçılarını salamlayan assosiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib.
Yığıncaqda AKFA-nın rəhbərliyinə seçkilər keçirilib. Assosiasiyanın prezidenti vəzifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yığıncaqda, həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü olublar.
Yığıncaqda AKFA-nın prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.





Geri qayıt