Əsas Səhifə > Manşet > Stolüstü Tennis Federasiyasının yekun toplantısı keçirildi

Stolüstü Tennis Federasiyasının yekun toplantısı keçirildi


27-12-2021, 20:26


Dekabrın 27-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

BrendSport.az
xəbər verir ki, Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Ardınca yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.
Geri qayıt