Əsas Səhifə > Manşet > 44 günlük Zəfərə həsr olunmuş "İlhamlı Qələbələr" adlı festival davam edir

44 günlük Zəfərə həsr olunmuş "İlhamlı Qələbələr" adlı festival davam edir


26-11-2021, 19:40


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və BrendSport.az saytının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərə həsr olunan "İlhamlı Qələbələr" adlı festival davam edir.

27 noyabr 2021-ci il tarixdə saat 14:00-da Olimpiya Stadionunun mini-futbol meydançasında festival çərçivəsində təşkil olunan mini-futbol turnirinin açılış mərasimi keçiriləcək.

Tədbirin Baş Sponsoru :
"AL Kaya" Fragrance Company .

Sponsorlar :
"Həyat Aptek" , " İslam Oğlu un məmulatları" , Scallezioni , "Suzan Baku Teksitil" , "Dubrar suları " və "Natural Hali Outlet" .

Oyunlar olimpiya sistemi ilə (uduzan çıxır) davam edəcək. Turnirin yarımfinal oyunu 28 noyabr, final oyunu isə 29 noyabrda keçiriləcək.

Onu da qeyd edək ki, festivalın iştirakçıları qazilər, şou-biznes nümayəndələri, Olimpiya, Dünya, Avropa çempionları və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət komandalar olacaq.
Geri qayıt